...

Aİ nümayəndəliyinin rəhbəri 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycana başsağlığı verib

Siyasət 20 Yanvar 2022 00:44 (UTC +04:00)
Aİ nümayəndəliyinin rəhbəri 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycana başsağlığı verib

Bakı. Trend:

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Petr Mixalko 20 Yanvar faciəsi qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verib.

Trend-in məlumatına görə, bu barədə Petr Mixalko öz "Twitter" səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: "Avropa İttifaqının səfirləri Bakıdakı Şəhidlər Xiyabanına gül dəstələri düzərək, “Qara Yanvar” faciəsi qurbanlarının xatirəsini yad ediblər. Həmin faciəli hadisələrin qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti