...

Deputat Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirir (FOTO)

Siyasət 22 Yanvar 2022 17:02 (UTC +04:00)
Deputat Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirir (FOTO)

Bakı. Trend:

24 saylı seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayonu sakinləri, o cümlədən Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlar tərəfindən qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib. Görüşdə K.Nurullayeva vətəndaşları fərdi formada dinləyib, müxtəlif mövzularda onları narahat edən problemləri qeydiyyata götürüb.

Nəzərinizə çatdıraq ki, görüş zamanı qəbul iştirakçıları tərəfindən səsləndirilən əsas məsələlər sırasında vətəndaşların icbari tibbi sığorta və əlilliyə görə pensiya almaqla əlaqədar yaşadığı çətinlik, çətin həyat şəraitində yaşayan ailənin sığınacağa yerləşdirilməsi, məhkəmə prosesində vətəndaşa hüquqi dəstəyin göstərilməsi, İkinci Qarabağ müharibəsi qazilərinin işlə və avtomobillə təmin olunması, eləcə də müalicə xərclərinin qarşılanması və s. bu kimi məsələlər başlıca yer almışdır.

Qəbulun sonunda Milli Məclisin deputatı Könül Nurullayeva görüş iştirakçılarına bildirib ki, qeydiyyata götürülmüş müraciətlər ən yaxın zamanda aidiyyəti üzrə müvafıq qurumlara ünvanlanacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti