...

Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, gənclər yüksək vətənpərvərlik əhval-ruhiyyəsində böyüyüblər - Forum iştirakçısı (VİDEO)

Siyasət Materials 2 Fevral 2022 18:21 (UTC +04:00)
Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, gənclər yüksək vətənpərvərlik əhval-ruhiyyəsində böyüyüblər - Forum iştirakçısı (VİDEO)

Bakı. Elçin Mehdiyev - Trend:

Cənab Prezidentin gənclər siyasətini dəstəkləyirəm. Bu siyasətin təməlini ulu öndərimiz Heydər Əliyev qoymuşdur. Bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.

Bunu bu gün Bakıda keçirilən Gənclər Forumunun iştirakçısı, Azərbaycan Opera və Balet Teatrının solisti Atəş Qarayev Trend-in suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Cənab Prezidentin uğurlu siyasətinin nəticəsidir ki, gənclər yüksək vətənpərvərlik əhval-ruhiyyəsində böyüyüblər.

"Özüm ikinci Qarabağ Müharibəsi iştirakçısıyam. Torpaqlarımızın düşmən işğalından azad edilməsində gənclər böyük şücaətlər göstəriblər", - deyə A.Qarayev əlavə edib.

Qeyd edək ki, bu gün Azərbaycanda Gənclər Günü qeyd edilir. Bu münasibətlə Bakıda keçirilən Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti