...

BMT Azərbaycana qarşı nifrət aşılayan erməni əsilli əməkdaşlarını cəzalandırmalıdr - QHT rəhbəri

Siyasət Materials 11 Fevral 2022 12:18 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Birləşmiş Millətlər Təşkilatının inkişaf proqramındakı erməni əsilli əməkdaşları sosial media və şəxsi profillərində Azərbaycana qarşı nifrət zəminli kampaniya aparmaqla məşğuldur.

Trend-in məlumatına görə, bunu bu gün bir qrup QHT sədrlərinin iştirakı ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında (UNDP) fəaliyyət göstərən ermənilərin Azərbaycana qarşı apardıqları nifrət zəminində fəaliyyətinin qarşısının alınması ilə əlaqədar BMT-nin baş katibinə etiraz toplantısında Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İsgəndərli deyib.

O bildirib ki, BMT-də çalışan erməni əsilli şəxslər heç bir əsas olmadan həm Vətən müharibəsi dövründə, həm də müharibədən sonra Azərbaycana qarşı nifrət aşılayan çıxışlar edib. "Hazırda Şimali Makedoniyada rezident nümayəndə Armen Qriqoryan Azərbaycana qarşı çirkin kampaniya aparır. Bundan başqa, BMT-də vəzifə tutan Meri Tabukçyan, Stepan Markaryan və digərləri BMT-dəki statuslarından sui-istifadə edərək Azərbaycana qarşı kampaniya aparır.

Düzdür, BMT 90-cı illərdən Azərbaycanla çox yaxından əməkdaşlıq edir, bir çox layihələrin həyata keçirilməsinə dəstək olub. Biz bununla BMT-nin rolunu kiçiltmirik. Lakin bu qurumun əməkdaşları Azərbaycana qarşı kampaniyaya başlayıb və biz buna etiraz edirik. Bu əməkdaşlar cəzalandırılmalıdır. Necə ola bilər ki, BMT əməkdaşlarının bu cür hərəkətlərinə qarşı tədbir görmür. BMT Azərbaycanla normal əməkdaşlıq edir.

Amma təəssüf edirik ki, bu cür mənfi hərəkətlər də var. Buna görə də BMT-nin baş katibinə bu barədə məlumat çatdırılmalıdır",- birlik sədri deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti