Ərdoğan Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvlərini qəbul edib

Siyasət Xəbər 11 Fevral 2022 17:55 (UTC +04:00)

Bakı. Humay Ağacanova - Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurası heyətini qəbul edib.

Trend- in məlumatına görə bu barədə məlumat təşkilatın rəsmi "Twitter" səhifəsində paylaşılıb.

Bildirilib ki, İstanbulda baş tutan görüşdə Şuranın keçiriləcək sayca 12-ci toplantısı və gündəmdə olan digər məsələlər müzakirə olunub.

Görüş İstanbul şəhərindəki Vahidəddin köşkündə baş tutub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti