...

Azərbaycan 11 ildir ki, Qoşulmama Hərəkatına üzvdür, xarici siyasətində həm də bu mövqedən çıxış edir - Politoloq

Siyasət Materials 15 Fevral 2022 14:39 (UTC +04:00)
Azərbaycan 11 ildir ki, Qoşulmama Hərəkatına üzvdür, xarici siyasətində həm də bu mövqedən çıxış edir - Politoloq

Bakı. Humay Ağacanova - Trend:

Azərbaycan öz siyasətini müstəqillik qazandıqdan sonra bütün bu dövrlər ərzində beynəlxalq hüquq-norma prinsiplərini üzərində qurur.

Bunu Trend-in suallarını cavablayarkən “Cənubi Qafqaz” politologiya klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O qeyd edib ki, dövlətlərin sərhədlərininn toxunulmazlığı, suverenliyə hörmətlə yanaşılması, digər dövlətlərin hüquqlarına qarışmamaq bu prinspilərə daxildir.

“Biz hər zaman bütün ölkələri bu prinsiplərə əməl edilməsinə çağırırıq. Ukrayna və ətrafında gedən gərginliyə gəldikdə isə burada da prinsiplərə əsasən münaqişənin həllinə çağırış edirik. Digər tərəfdən də hərbi-siyasi qarşıdurmanın iştirakçısına çevrilmək istəmirik. Çünki bu qarşıdurma mənfi fəsadlarla nəticələnəcək.

Əgər biz bu qarşıdurmanın inkişafını izləsək, proqnozlaşdırmaq asandır ki, bunun həm region üçün, həm beynəlxalq təhlükəsizlik sistemi üçün mənfi nəticələri olacaq. Ona görə də yeni ölkələrin bu qarşıdurmada iştirakı məqbul sayılan deyil. Bu səbəbdən sülh prisnipləri üzərində siyasəti quraraq, qanunun aliliyini, beynəlxalq norma və prinsiplərə əməl edilməsinə çağırışlar edirik.

Azərbaycan 11 ildir ki, Qoşulmama Hərəkatına üzvdür, Azərbaycan xarici siyasətində həm də bu mövqedən çıxış edir", deyə politoloq əlavə edib

İ.Vəlizadə qeyd edib ki, cərəyan edən prosesdə hərbi ssenarilərin reallaşması heç bir tərəfə müsbət nəticələr verməyəcək.

"Ona görə başqa çıxış yolu olmadan, yalnız qarşılqılı maraqların qəbul olunması şərti ilə danışıqların aparılması vacibliyini göstərmək olar”, – deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti