...

Ermənistanın iqtisadi böhrandan çıxış yolunun formulunu Prezident İlham Əliyev açıq şəkildə bəyan edib - Rufiz Hafizoğlu (VİDEO)

Siyasət Materials 17 Fevral 2022 00:54 (UTC +04:00)
Ermənistanın iqtisadi böhrandan çıxış yolunun formulunu Prezident İlham Əliyev açıq şəkildə bəyan edib - Rufiz Hafizoğlu (VİDEO)

Bakı. Trend:

Ermənistanın iqtisadi böhrandan çıxış yolunun formulunu Prezident İlham Əliyev açıq şəkildə bəyan edib. Bu Azərbaycanla və eyni zamanda Türkiyə ilə münasibətlərin normallaşmasıdır.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının "Əsas məsələ" verilişində çıxışı zamanı Trend Beynəlxalq İnformasiya Agentliyinin Xarici Layihələr Direksiyasının rəhbəri Rufiz Hafizoğlu deyib.

Onun sözlərinə görə, Ermənistan toplumu illərdir ianələrlə yaşamağa öyrənən bir toplumdur.

"Biz hamımız bilirik ki, ianə hesabına ayaqda qalan toplum heç bir halda özü hansısa bir istehsala qadir deyil, çünki ianə bir toplumu geri salan məsələdir", - R.Hafizoğlu vurğulayıb.

O, həmçinin qeyd edib ki, Ermənistan bu gün çirkli pulların yuyulması üçün bir meydandır.

"Dolayısı ilə, Ermənistan heç bir halda bu günki siyasi iradə ilə iqtisadiyyatını bərpa edə bilməyəcək", - Rufiz Hafizoğlu əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti