...

Azərbaycanın xarici siyasətində qoşulmama hərəkatının yeri və əhəmiyyəti - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Siyasət Materials 22 Fevral 2022 17:19 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının (QH) nüfuzunun artması, beynəlxalq arenada söz sahibinə çevrilməsi hərəkata üzv ölkələrin də diqqətindən qaçmayıb. Məhz bu səbəbdəndir ki, QH-na üzv dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul edib. Bu, həm də Prezident İlham Əliyevin dünyadakı nüfuzunun daha bir göstəricisi, QH üzvləri tərəfindən Azərbaycan Prezidentin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir.

Trend-in məlumatına görə Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Azərbaycanın xarici siyasətində qoşulmama hərəkatının yeri və əhəmiyyəti" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqov, politoloq Ceyhun Əhmədov və hüquq elmləri doktoru, professor Namiq Əliyev mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti