...

Prezident İlham Əliyev: Regionda yeni reallıqlar yeni imkanlar yaradacaq

Siyasət Materials 22 Fevral 2022 20:04 (UTC +04:00)

Bakı. Trend:

Regionda yeni reallıqlar yeni imkanlar yaradacaq.

Trend-in məlumatına görə, bunu fevralın 22-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə birgə mətbuata bəyanatla çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib:

"Mən əminəm, regionda yeni reallıqlar yeni imkanlar yaradacaq. Azərbaycan dinc gələcək əzmindədir. Bizə müharibə lazım deyil. O, bizə heç vaxt lazım olmayıb. Azərbaycan ərazilərinin azad edilməsi, ərazi bütövlüyünün hərbi yolla bərpa olunması məcburi tədbir idi və müharibədən sonrakı mərhələdə bu məsələni siyasi metodlarla həll etməyə hazır olmağımız bizim niyyətlərimizin daha bir təsdiqidir. Mən əminəm ki, Rusiya və Azərbaycan birgə səyləri ilə Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsi işinə bundan sonra da sanballı, mən deyərdim, həlledici töhfə verəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti