...

Ermənistandan müsbət yanaşmanın davamını gözləyirik - Ərdoğan

Siyasət Materials 23 Fevral 2022 15:29 (UTC +04:00)
Ermənistandan müsbət yanaşmanın davamını gözləyirik - Ərdoğan

Bakı. Humay Ağacanova - Trend:

Əgər Ermənistan xüsusi nümayəndələrlə başladığı prosesi davam etdirmək əzmindədirsə, Türkiyə üçün sərhədlərin bağlı qalması söhbət mövzusu deyil.

Trend-in məlumatına görə bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarına cavabında bildirib.

O qeyd edib ki, insani münasibətləri gücləndirmək üçün Ermənistanla aramızda birbaşa uçuşları bərpa etmək qərarına gəldik.

"Bu ayın əvvəlindən İstanbul və İrəvan arasında reyslər açılıb. Biz Ermənistandan müsbət yanaşmanın davamını gözləyirik. Altılı platforma yaradaraq Türkiyə ilə Ermənistan arasındakı bu problemləri aradan qaldıracağımızı dedik. Biz bu platformanın açılmasının tərəfdarıyıq. Təbii ki, bütün bunlar boşluqda baş vermir. Bu mənada Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi bir-birini dəstəkləməklə inkişaf edə bilər.

Eynilə, bizim regional əməkdaşlıq ideyamız bu ikitərəfli prosesləri dəstəkləyəcək və qidalandıracaq. Bu tarixi fürsətdən səmərəli istifadə etmək üçün hər kəs konstruktiv fəaliyyət göstərməlidir. Bütün bu prosesləri indiyə qədər etdiyimiz kimi bundan sonra da Azərbaycanla sıx koordinasiyada həyata keçirəcəyik", - deyə Ərdoğan qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti