...

Ukrayna, Gürcüstan və Moldovanın Aİ-yə üzvlük üçün müraciətlərinin qiymətləndirilməsi Aİ-yə təqdim olunacaq

Siyasət Materials 11 Mart 2022 06:36 (UTC +04:00)

Bakı. Trend:

Avropa İttifaqı Şurası Avropa Komissiyasına Ukrayna, Gürcüstan və Moldovanın Aİ-yə üzvlüklə bağlı müraciətlərinin qiymətləndirilməsini təqdim etməyi tapşırıb.

Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçılarının Aİ-nin Versalda keçirilən qeyri-rəsmi sammitinin birinci gününün yekunları əsasında qəbul edilən bəyanatında deyilib.

Bəyanatda qeyd edilib ki, Aİ “Avropa ailəsinə mənsub olan” Ukrayna ilə əlaqələri gücləndirməyə davam edəcək.

Həmçinin Aİ-nin Ukraynaya siyasi, maliyyə, maddi və humanitar dəstəyi davam etdirəcəyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti