...

Azərbaycanın təkliflərini qəbul etməkdən başqa, Ermənistanın heç bir alternativi yoxdur - Rufiz Hafizoğlu (VİDEO)

Siyasət Materials 17 Mart 2022 18:05 (UTC +04:00)
Azərbaycanın təkliflərini qəbul etməkdən başqa, Ermənistanın heç bir alternativi yoxdur - Rufiz Hafizoğlu (VİDEO)

Bakı. Trend:

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki zəfərdən sonra əsas prioritetlərindən biri sülh danışıqlarının başlanması oldu.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının "Əsas məsələ" verilişində çıxışı zamanı Trend Beynəlxalq İnformasiya Agentliyinin Xarici Layihələr Direksiyasının rəhbəri Rufiz Hafizoğlu deyib.

Onun sözlərinə görə, bu, Azərbaycan tərəfinin Ermənistana təklifi olub. Biz bilirdik ki, Ermənistan sülhə hazır deyil və bu gün də bunun nəticəsini açıq şəkildə görürük.

"Bu gün İrəvanda Xarici İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirilir. Bu aksiyanın tələblərindən biri də odur ki, Azərbaycanla heç bir halda sülh danışıqlarına gedilməsin. Yəni ermənilər tarixən sülhə hazır olan toplum olmayıblar. Bunun da bir neçə səbəbi var. Azərbaycan haqlı qələbəsini qazandı və Türkiyənin də bunda önəmli rolu var. Azərbaycan dövlətçilik ənənəsi olan bir dövlətdir. Lakin ermənilərdə belə ənənələr yoxdur", - deyə R.Hafizoğlu vurğulayıb.

O əlavə edib ki, hazırda Azərbaycanın təkliflərini qəbul etməkdən başqa, Ermənistanın heç bir alternativi yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti