...

Rusiya nüvə silahından istifadə məsələsinə münasibət bildirib

Siyasət Materials 23 Mart 2022 00:27 (UTC +04:00)
Rusiya nüvə silahından istifadə məsələsinə münasibət bildirib

Bakı. Trend:

Rusiya Federasiyasının nüvə silahından istifadəsi yalnız ölkəyə birbaşa təhlükə yarandığı təqdirdə mümkündür.

Trend TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov CNN-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiyanın milli təhlükəsizlik konsepsiyası var.

"Orada nüvə silahından istifadənin bütün səbəbləri haqqında oxuya bilərsiniz. Ölkəmizin varlığına təhlükə olarsa, nüvə silahından konsepsiyaya uyğun istifadə edilə bilər", - D.Peskov Rusiyanın nüvə silahından istifadəsini tamamilə istisna etməyin mümkün olub-olmaması sualına cavab olaraq deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti