...

Azərbaycan və Gürcüstan arasında bir sənəd təsdiqlənib, biri isə ləğv edilib

Siyasət Materials 14 Aprel 2022 15:37 (UTC +04:00)

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Qanunu imzalayıb.

Sənədlərə əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında” 2021-ci il sentyabrın 29-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

“Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 1997-ci il 15 aprel tarixli 268-IQ nömrəli Qanunu ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti