...

Azərbaycanla əməkdaşlıq sayəsində Gürcüstan regional iqtisadi inteqrasiyanı dərinləşdirmək imkanı əldə edə bilər - ekspert

Siyasət Materials 24 Aprel 2022 08:00 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanla əməkdaşlıq sayəsində Gürcüstan regional iqtisadi inteqrasiyanı dərinləşdirmək imkanı əldə edə bilər.

Bunu Trend-ə Rusiya İqtisadiyyat Məktəbinin direktor müavini, Azərbaycan İqtisad Universitetinin professoru Elşad Məmmədov söyləyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin səmərəli siyasəti sayəsində Azərbaycan özünü balanslaşdırılmış və praqmatik xarici iqtisadi siyasət həyata keçirən ölkə kimi təqdim edir.

Ona görə də Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq cari gündəliyin müxtəlif spektrləri üzrə müsbət nəticə verə bilər.

"Azərbaycan investisiya nöqteyi-nəzərindən Gürcüstan üçün əsas ölkədir. Bundan əlavə, Gürcüstan Azərbaycan üçün ixrac tədarükü baxımından vacibdir", - E. Məmmədov bildirib.

O əlavə edib ki, eyni zamanda, regional əməkdaşlıq daha çox iqtisadiyyatın real sektorunun inkişafı ilə bağlı birgə iri investisiya layihələrinə yönəldilməlidir, çünki regional zəncirlər və güclü istehsal mərkəzləri yaratmadan davamlı rəqabətə nail olmaq çətindir.

"Gürcüstan və Azərbaycan arasında əsas əməkdaşlıq layihələri yüksək əlavə dəyərli məhsulların istehsalına, emal sektorlarına investisiyalar xarakteri daşımalıdır. Bu kontekstdə təkrar emala daha çox investisiya yatırmaq lazımdır. Bu, kənd təsərrüfatına, sənayeyə, energetikaya aiddir”, - Məmmədov bildirib.

İqtisadçının fikrincə, həm Gürcüstanın, həm də Azərbaycanın iştirakı məqsədəuyğun olan daha genişmiqyaslı regional iqtisadi inteqrasiyanı həyata keçirmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti