...

Kəmaləddin Heydərov İsrailin maliyyə naziri Aviqdor Libermanla görüşüb (FOTO)

Siyasət Materials 25 Aprel 2022 21:23 (UTC +04:00)
Kəmaləddin Heydərov İsrailin maliyyə naziri Aviqdor Libermanla görüşüb (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

25 aprel 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin inzibati binasında Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan İsrail Dövlətinin maliyyə naziri Aviqdor Libermanla görüşüb.

Trend Nazirliyə istinadla xəbər verir ki, qonağı səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini xatırladıb. O, qonağa Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. İki ölkənin uyğun qurumları arasında əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayan nazir, bu çərçivədə gələcəkdə fövqəladə halların idarə edilməsi üzrə hökumətlərarası sazişin imzalanmasının göstərilən istiqamətdə əlaqələrin inkişafına təkan verə biləcəyini qeyd edib.

Səmimi görüşə görə təşəkkürünü bildirən İsrailin maliyyə naziri Aviqdor Liberman ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin mövcud olduğunu qeyd edib. Qonaq hər iki ölkənin uyğun qurumları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətinə toxunaraq, fövqəladə hallarla mübarizə üzrə hökumətlərarası sazişin potensial olaraq imzalanması ilə bağlı səsləndirilən məsələni müsbət qiymətləndirdiyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti