...

Azərbaycan beynəlxalq aləmdə gündəmi formalaşdıran ölkələr sırasına daxil olub - Rauf Əliyev

Siyasət Materials 30 Aprel 2022 17:24 (UTC +04:00)
Azərbaycan beynəlxalq aləmdə gündəmi formalaşdıran ölkələr sırasına daxil olub - Rauf Əliyev

Bakı. Trend:

Aprelin 29-da ADA Univesitetində “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Qeyd etmək lazımdır ki, aprelin 28-də Şuşada işinə başlayan və 29-da Bakıda davam edən bu beynəlxalq konfransın ideyası ötən ilin aprelin 13-də cənab Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda yaranmışdı.

Konfransda 23 ölkədən gəlmiş 40 nümayəndə iştirak etmişdir. Keçirilən bu Beynəlxalq Konfransda cənab Prezident İlham Əliyevin çıxışı və konfrans iştirakçılarının sullarına verdiyi cavablar dövlət başçımızın dünya səviyyəli, müdrik siyasətçi, əsil liderlik keyfiyyətlərinə malik dünyada gedən proseslər barədə yüksək məlumatlılıq səviyyəsinə malik olduğunu bir daha nümayiş etdirdi.

Azərbaycanın ölkə miqyasında, eləcə də dünya miqyasında əldə etdiyi böyük uğurlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdirdiyi və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış siyasət və yorulmaz fəaliyyəti nəticəsində mümkün olmuşdur. Cənab Prezident İlham Əliyev bu gün dünyanın aparıcı liderlərindən biridir. Azərbaycanın Qoşulmama Hərəkatında liderliyi, BMT Təhlükəsizlik Şurası səviyyəsində qlobal təşəbbüsləri, o cümlədən pandemiya ilə mübarizə, dayanıqlı inkişafın təmin edilməsi təşəbbüsləri Azərbaycanı beynəlxalq aləmdə gündəmi formalışdıran ölkələr sırasına daxil etmişdir. Cənab Prezident bu nöqteyi-nəzərdən beynəlxalq siyasətçi kimi öz fəaliyyətini təkcə Azərbaycanın və regionun maraqları naminə deyil, həm də bəşər sivlizasiyası üçün dayanıqlı inkişafın vəzifə və məqsədlərinin formalaşmasına yönəltmşdir. Bu geniş miqyaslı fəaliyyətinə görə cənab Prezident İlham Əliyev bu gün dünyanın aparıcı liderlərindən biri kimi tanınır.

Cənab Prezident Konfransda çıxışı və konfrans iştirakçılarının suallarını cavablandırarkən bir sıra çox mühüm məsələlərə münasibət bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Qafqazda yeni eranı, sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edir. Azərbaycan Ermənistan münasibətlərinə toxunan cənab Prezident bildirmişdir ki, Ermənistan hökuməti Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi qəbul edib. Bu prinsiplər Ermənistanla bağlanacaq sülh müqaviləsinin əsasını təşkil etməlidir. Həmçinin Azərbaycanın təklifinə uyğun olaraq, Ermənistan iki ölkə arasında sərhədlərin delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupunun yaradılmasına razılıq verib.

Sülh və qarşılıqlı münasibətlərlə bağlı sualı cavablandırarkən cənab Prezident qeyd edib ki, bu məsələlərə real yanaşılmalıdır. Azərbaycan xalqının yaraları 30 il ərzində sağalmayıb. Ona görə hər şey vaxtında və zamanında edilməlidir.

Öz çıxışında Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması məsələsinə toxunarkən cənab Prezident qeyd etmişdir ki, “Azərbaycanla əlaqələrin normallaşması Ermənistan üçün elə imkanlar açacaq ki, bu gün onu proqnozlaşdırmaq belə çətin olardı”

BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən məlum 4 Qətnamələrinin yerinə yetirilməməsi ilə bağlı sual cavablandırarkən dövlətimizin başçısı qeyd edilmişdir ki, 27 ildə onların heç biri icra edilmədi, Azərbaycan özü bu Qətnamələri icra etdi. Qətnamələri qəbul edənlər BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü idi, onlar həmdə ATƏT-in Minsk qrupunun həmsədrləri idilər. Onların nə üçün özlərini qəbul etdikləri qətnamələri icra etməməsinin səbəbi çox aydındır. “İşğalla bağlı vəziyyət onlar üçün də məğbul idi. Bizə isə məğbul deyildi, biz azlıqda idik”.

Rusiyaya tətbiq edilən sanksiyaların azərbaycan-Rusiya ticarərinə təsiri ilə bağlı sualı cavablandırarkən bildirilmişdir ki, bu sanksiyalar hələ ki iki ölkə arasındakı ticarət əlaqələrinə neqativ təsir göstərməyib. Lakin bilinmir ki, bunun cədvəli necə dəyişəcək. Əgər sanksiyalar qalarsa, növbəti altı ayda və ya bir ildə nə olacaq, bunu proqnozlaşdırmaq çətindir.

Yaxın 10 ilə nəzər salan cənab Prezident qeyd etmişdir ki, “ Yaxın 10 ildə biz daha güclü olacağıq və mən ümid edirəm ki, o zaman , bəlkə 10 ildən də tez bütün anlaşılmazlıqlar, Ermənistanla olan problemlər həll edilmiş olacaq. Eyni zamanda, Cənubi Qafqaz regionunda tam şəkildə inteqrasiya edilmiş, bölgənin üç ölkəsinin artıq sıx əməkdaşlığı mövcud olmuş olacaq”

Ümumilikdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransdakı çıxışında və konfrans iştirakçılarının suallarını cavablandırarkən verdiyi cavablarda təkcə regionda deyil, həm də dünyada baş verən hadisələrə münasibəti, bu hadisələrə verdiyi qiymət bir daha göstərdi ki, cənab Prezident İlham Əliyev müdrik dövlət başçısı, dünya səviyyəli siyasətçi kimi dünya liderlərindən biridir.

Rauf Əliyev

Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti