...

Brüsseldə Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub

Siyasət Materials 2 May 2022 19:38 (UTC +04:00)
Brüsseldə Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub

Bakı. Trend:

Brüsseldə Azərbaycan və Ermənistan nümayəndələri - Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş olub.

Trend xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar yazıb.

"Hikmət Haciyev ve Armen Qrigoryanı bu formatta ikinci bir görüş üçün Brüsseldə qəbul etməkdən məmnunam", - deyə T.Klaar bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti