...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Latviya Respublikasında səfərdədir (FOTO)

Siyasət Materials 9 May 2022 17:22 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Latviya Respublikasında səfərdədir (FOTO)

Bakı. Trend:

Səfər çərcivəsində Latviya Respublikasının Prezidenti cənab Eqils Levits Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri xanım Katerina Yuşşenko, cənab Valdis Zatlers, baş katibi Rövşən Muradovu və Mərkəzin əməkdaşı Asim Şahsuvarlını qəbul edib.
Mərkəzdən Trend-ə bildirilib ki, görüş zamanı Prezident Eqils Levitsə Mərkəzin qarşıda gələn IX Qlobal Bakı Forumuna hazırlıq prosesi və Ukraynaya və Ukraynalı qaçqınlara humanitar yardım üzrə ali səviyyəli missiya haqqında məlumat verilib.
Latviya Respublikasının Prezidenti cənab Eqils Levitsə Mərkəzin Nizami Gəncəvinin 880 illiyinə həsr oşetdiyi “Qələmin Sehri” kitabının xüsusi nəşri təqdim olundu.
Səfər zamanı o cümlədən Mərkəzin Həm-sədri xanım Vaira Vike-Freiberqa ilə IX Qlobal Bakı Forumuna hazırlıq müzakirə olunub.
Məqalədə:
Xəbər lenti

Xəbər lenti