...

Milli Məclisin nümayəndə heyəti İsveçrəyə rəsmi səfərə gəlib

Siyasət Materials 9 May 2022 20:05 (UTC +04:00)
Milli Məclisin nümayəndə heyəti İsveçrəyə rəsmi səfərə gəlib

Bakı. Trend:

Mayın 9-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasına rəsmi səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Sürix hava limanında nümayəndə heyətini İsveçrə Parlamentinin Protokol Xidmətinin rəhbəri Filip Barezvil, ölkəmizin İsveçrədəki səfiri Fuad İsgəndərov, Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclis sədrinin ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti