...

Azərbaycan həm münaqişə, həm də postmünaqişə dövründə beynəlxalq təşkilatların ikili yanaşması ilə üzləşib - Deputat

Siyasət Materials 16 May 2022 16:24 (UTC +04:00)
Azərbaycan həm münaqişə, həm də postmünaqişə dövründə beynəlxalq təşkilatların ikili yanaşması ilə üzləşib - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan həm 30 il davam edən Ermənistan-Azərbaycan münaqişəsi ərzində, həm də ondan sonrakı dövrdə beynəlxalq təşkilatlar tərəfindən ikili standartlarla üzləşib. Bu dövrdə dinc Azərbaycan əhalisi erməni vandalları tərəfindən qanlı soyqırımılara, qətliamlara məruz qalıb, ərazilərimiz dağıdılıb, maddi mədəni irsimiz məhv edilib. Əfsuslar olsun ki, dünya ictimaiyyəti bununla bağlı susmağa üstünlük verib, Ermənistanla bağlı hər hansı bir tədbir görməyib. Lakin belə olan halda bu gün Ukraynada baş verən hadisələrə beynəlxalq təşkilatların çevik reaksiyası onların ikili yanaşmasının daha bir bariz nümunəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokurorunun Ukraynadakı vəziyyətlə bağlı rəsmi araşdırmaya başladığı elan edilib.

“Əlbəttə, biz bunun əleyhinə deyilik, lakin bütün münaqişələrə yanaşma eyni olmalıdır. Bir münaqişə zamanı günahsız insanların qətlimanına səssiz qalmaq, digər münaqişəyə isə belə çevik reaksiya vermək hansı ədalətə söykənir?! Kim tərəfindən törədilməsindən asılı olmayaraq, hərbi cinayətlər araşdırılmalıdır və günahkarlar cəzalandırılmalıdır. Bütün münaqişələrə münasibət eyni olmalıdır.

Beynəlxalq hüquq prinsipləri də məhz bunu tələb edir, ədalətli yanaşmanı. Elə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin təsir dairəsi də dörd əsas beynəlxalq cinayətlə formalaşır: soyqırımı, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətləri. Bu cinayətlərə heç bir məhdudiyyət tətbiq olunmur. Yəni ərazisinə, milliətinə, ölkəsinə, siyasi maraqlara və s. amillərə görə fərq qoyulmamalıdır. Əgər ortada hərbi cinayət, günahsız insanların qətliamı, müharibə cinayətləri varsa beynəlxalq hüququn norma və prinsipləri mütləq şəkildə tətbiq olunmalıdır. Təəssüflər olsun ki, biz bunu görə bilmirik.

30 il münaqişə davam etdiyi dövrdə Azərbaycan nə qədər haqq səsini qaldırsa da, erməni vəhşilikləri ilə bağlı beynəlxalq təşkilatlara nə qədər müraciətlər etsə də onlardan heç bir səs çıxmadı, beynəlxalq huquq işləmədi, dünya birliyi ədalətsizlik göstərərk günahsız insanların qətliaməna göz yumdu. Bəs, necə oldu ki, digər münaqişlərdə beynəlxalq hüquq, ədalət yada düşüdü?!”, - deyə deputat bildirib.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsi beynəlxalq təşkilatların ikili yanaşmasını bir daha üzə çıxardı.

“Azərbaycan hər zamanı olduğu kimi 44 günlük Vətən müharibəsində də böyük ədalət nümayiş etdirdi, bütün müharibə qaydalarına əməl edərək layiqli döyüş apardı. Lakin mənfur düşmən həmişəki kimi çirkin yola əl atdı, döyüş meydanında ordumuz qarşısında aciz qaldığını görəndə münaqişə zonasından uzaqda yerləşən şəhərlərimizi, qəsəbələrimizi və kəndlərimizi qadağan olunmuş raketlərlə atəşə tutdular, Gəncədə, Bərdə, Tərtərdə, Ağdamda, Mingəçevirdə dinc sakinləri, qocaları, uşaqları qətlə yetirdilər. Lakin həmin vaxt beynəlxalq təşkilatlar lal, kor və kar olmuşdular, heç nə demir, heç nə görmür, heç nə eşitmirdilər. Lakin indi onların dilləri açılıb, gözləri görür və qulaqları eşidir. Bəs, Beynəlxalq Cinayət Məhkəməsi Ermənistanın müharibə cinayətlərini niyə araşdırmır, günahkarları niyə cəzalandırmır?!

Görünür, beynəlxalq təşkilatlar maraqlar olan yerdə “ədalətli” olur, beynəlxalq qanunlar isə əslində bir alətdir. Əlbəttə, bu, çox təəssüf doğuran haldır və beynəlxalq ictimaiyyətin ədalətdən nə qədər uzaq olduğunu bir daha nümayiş etdirir. Ümid edirik, heç olmasa, bundan sonra bu ədalətsizliyə son qoyulacaq, BCM-nin missiyası Ukraynada olduğu kimi, Azərbaycana qarşı da törədilmiş hərbi cinayətləri araşdırmaq haqda düşünəcək”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti