...

Mövlüd Çavuşoğlu ABŞ-a səfərə gedir

Siyasət Materials 17 May 2022 00:39
Mövlüd Çavuşoğlu ABŞ-a səfərə gedir

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş Assambleyasının himayəsi altında ilk dəfə keçiriləcək Beynəlxalq Miqrasiya İcmalı Forumunda iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə rəsmi səfər edəcək.

Trend Türkiyə XİN-ə istinadla xəbər verir ki, səfər 16-19 may 2022-ci il tarixlərində gerçəkləşəcək.

Məlumata görə, M. Çavuşoğlu mayın 18-də ABŞ dövlət katibi Antoni Blinkenin sədrliyi ilə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında keçiriləcək Nazirlər səviyyəsində “Qlobal Qida Təhlükəsizliyi üzrə Fəaliyyət Çağrısı” toplantısında iştirak edəcək və bəzi ikitərəfli görüşlər keçirəcək.

Türkiyə XİN başçısı Xarici İşlər Nazirləri səviyyəsində Türkiyə-ABŞ Strateji Mexanizmi çərçivəsində ilk görüşü də ABŞ dövlət katibi Blinkenlə keçirəcək, bundan əlavə Nyu-Yorkda Türk-Amerika icmasının üzvləri ilə görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti