...

Makron Ərdoğanla telefonla danışmaq niyyətindədir

Siyasət Materials 26 May 2022 05:28 (UTC +04:00)

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə "France-Presse" agentliyi xəbər verib.

Məlumata əsasən, danışıq Paris vaxtı ilə saat 11:30-da baş tutacaq.

Qeyd olunub ki, telefon danışığın mövzularından biri Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı mövqeyi ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti