...

Çavuşoğlu və Stoltenberq NATO-nun genişlənməsini müzakirə ediblər

Siyasət Materials 14 İyun 2022 22:43 (UTC +04:00)
Çavuşoğlu və Stoltenberq NATO-nun genişlənməsini müzakirə ediblər

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunur ki, söhbət zamanı NATO-nun genişlənməsi ilə bağlı məsələlər müzakirə edilib.

Xatırladaq ki, Finlandiya və İsveç mayın 18-də NATO-ya üzvlük üçün rəsmi müraciət ediblər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Finlandiya və İsveçin NATO-ya daxil olmasına razılıq verə bilməz, çünki bu ölkələr terror təşkilatlarına rəvac verir və Türkiyəyə qarşı sanksiyalar tətbiq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti