...

Nikolas Maduro Azərbaycana işgüzar səfərə gəlib (FOTO)

Siyasət Materials 16 İyun 2022 19:01 (UTC +04:00)
Nikolas Maduro Azərbaycana işgüzar səfərə gəlib (FOTO)

Bakı. Trend:

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro iyunun 16-da Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Trend xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Venesuela Prezidentini Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti