Bakı. Trend:
Dünya səyyahları işğaldan azad edilmiş Ağdam şəhərinə səfər ediblər.
Trend-in Qarabağ bürosu xəbər verir ki, öncə qonaqlar İmarət abidə kompleksində, daha sonra Ağdam Cümə Məscidi və Dram teatrında olublar.
Səfər iştirakçıları erməni vandalizminə məruz qalmış Ağdam şəhərinin xarabalıqları ilə tanış olublar. Onlara Ağdamda görülən quruculuq işləri barədə geniş məlumat verilib.
Səfər başa çatdıqdan sonra qonaqlar Gəncəyə yola düşüblər. Onların sabah işğaldan azad olunan Kəlbəcər və Laçın rayonlarına səfərləri planlaşdırılır.