...

Milli Məclis yeni parlamentlərarası işçi qrupu yaradıb

Siyasət Materials 17 İyun 2022 11:41 (UTC +04:00)
Milli Məclis yeni parlamentlərarası işçi qrupu yaradıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclis parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradıb.

Trend-in məlumatına görə, parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması və qrupa deputat Hikmət Məmmədovun sədr təyin edilməsi təklif edilib.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti