Bakı. Trend:
Türkiyə Respublikasının Muğla bölgəsində hazırda meşə yanğınları davam edir. Yanğınların söndürlməsində iştirak etmək üçün birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşüb.
Trend-in məlumatına görə, təyyarə bu gündən etibarən Türkiyədə baş verən yanğınların söndürülməsində iştirak edəcək.
Sözügedən təyyarə suyun üzərində durmadan 18-20 saniyə ərzində 12 tona yaxın sugötürmə qabiliyyətinə malikdir.