...

Biz bir yerdə daha yaxşı dünya yaratmaq məramını dəstəkləyirik - Venesuela rəsmisi

Siyasət Materials 1 İyul 2022 12:42 (UTC +04:00)
Biz bir yerdə daha yaxşı dünya yaratmaq məramını dəstəkləyirik - Venesuela rəsmisi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Biz bir yerdə daha yaxşı dünya yaratmaq məramını dəstəkləyirik. Bakı Konfransı bu Hərəkatın fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir.

Trend-in məlumatına görə, bunu Venesuela Milli Assambleyasının vitse prezidenti Vanesa Yunes Montero Lopez Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsinin Bakı Konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, Venesuela QH-nın bütün ölkələri ilə əməkdaşq qurmaq niyyətindədir.

“Biz daha humanist dünya yaratmaq üçün birgə çalışmalıyıq, bəşəriyyətin qarşısında dayanan çağırışları dəf etmək üçün birgə çalışmalıyıq. Azərbaycanın təşkilata sədrliyini nəzərə alaraq bu təşəbbüsləri birgə irəli sürməyə hazırıq. Bakı Konfransında parlament səviyyəsində münasibtləri inkişaf etdirmək üçün təqdirəlayiq hesab edirik”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti