...

Azərbaycan və Gürcüstanın bu şəhərləri qardaşlaşdı (FOTO)

Siyasət Materials 13 İyul 2022 17:29 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Gürcüstanın bir neçə şəhərləri arasında Qardaşlaşma haqqında anlaşma memorandumları imzalanıb.

Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvilinin ölkəmizə səfəri çərçivəsində Şəmkir-Marneuli, Ağstafa-Qardabani, Göygöl-Bolnisi və Daşkəsən-Dmanisi şəhərləri arasında imzalanmış qardaşlaşma haqqında anlaşma memorandumları əlaqələrimizin möhkəmləndirilməsi və inkişafına mühüm töhfədir.

“Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvili ilə ölkələrimiz arasında uğurlu əməkdaşlığın iqtisadi-ticarət əlaqələrimizin inkişafında önəmi və tərəfdaşlığımızın genişləndirilməsi perspektivləri barədə fikirlərimizi bölüşdük”, - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti