...

Ankara-Bakı münasibətlərinin dinamikası bölgənin rifahı üçün əhəmiyyətlidir - Türkiyə Prezident Administrasiyası

Siyasət Materials 16 İyul 2022 15:27 (UTC +04:00)
Ankara-Bakı münasibətlərinin dinamikası bölgənin rifahı üçün əhəmiyyətlidir - 
Türkiyə Prezident Administrasiyası

Bakı. Trend:

Ankara və Bakı münasibətlərinin dinamikası bölgənin rifahı üçün əhəmiyyətlidir.

Bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından (PA) deyiblər.

“Əlaqələrimizin hər sahədə inkişafı sadəcə iki qardaş ölkənin deyil, eyni zamanda, region ölkələrinin də rifahına xidmət edir”, - deyə administrasiyadan bildiriblər.

Açıqlamada o da qeyd olunub ki, bu gün hər iki dövlət siyasi arenada güc qazanmaqla yanaşı, qlobal enerji layihələrinə də imza atıb.

“İki qardaş ölkənin bir-birini dəstəkləmədiyi sahə yoxdur. Bundan sonra da əvvəlki illərdə olduğu kimi, sıx əməkdaşlıq edəcəyik”, - deyə Türkiyə PA-dan vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti