...

Gürcüstan XİN Londonda Azərbaycan səfirliyinə edilən hücumu qətiyyətlə pisləyib

Siyasət Materials 6 Avqust 2022 20:09 (UTC +04:00)
Gürcüstan XİN Londonda Azərbaycan səfirliyinə edilən hücumu qətiyyətlə pisləyib

Bakı. Trend:

Gürcüstanın Xarici İşlər Nazirliyi avqustun 4-də Londonda Azərbaycan səfirliyinə qarşı törədilən təxribatı pisləyib.

Trend xəbər verir ki, Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili hadisə ilə əlaqədar azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək tam dəstəyini ifadə edib.

Gürcüstan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumatda qeyd edilir ki, İliya Darçiaşvili azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək baş vermiş hadisəni pislədiklərini, Azərbaycanın yanında olduqlarını və tam dəstək verdiklərini bəyan edib.

Qeyd edək ki, avqustun 4-də bir qrup radikal dini dəstə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti