...

Ermənistan istəsə də, istəməsə də Naxçıvanla əlaqələr qurulacaq - Ceyhun Bayramov

Siyasət Materials 9 Avqust 2022 17:24 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan istəsə də, istəməsə də Naxçıvanla əlaqələr qurulacaq.

Trend-in məlumatına görə, bunu 13-cü Səfirlər Konfransında iştirak edən xarici işlər naziri Ceyhun Bayramov Ankarada jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, Azərbaycan İranla əldə olunmuş razılaşmaya uyğun olaraq Araz çayı üzərində ilk körpünün tikintisinə başlayıb. Belə olan halda Azərbaycanın Ermənistandan keçmədən Araz çayı ilə İran üzərindən Naxçıvana getməsi üçün alternativi var.

"Ermənistan istəsə də, istəməsə də həyata keçiriləcək. Bu, Ermənistanın regional inkişaf layihələrindən kənarda qalmaması üçün bir şansdır. Qərarı özləri verəcək. İrəvan düzgün qərar qəbul etməsə, ən böyük zərər özlərinə dəyəcək”, - deyə C.Bayramov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti