...

Ermənistan Azərbaycanla sərhəddə keçid məntəqələri yaradacaq

Siyasət Materials 18 Avqust 2022 16:32 (UTC +04:00)
Ermənistan Azərbaycanla sərhəddə keçid məntəqələri yaradacaq
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədində buraxılış məntəqələrinin yaradılması haqqında qərar imzalayıb.

Trend bu barədə Ermənistan hökumətinin saytına istinadən məlumat verir.

Ermənistan hökumətinin rəsmi saytında yerləşdirilən sənəddə Qarabağdakı yaşayış məntəqələrinin və rayonlarının əsl - azərbaycanlı - toponimləri yer alıb.

Beləliklə, yoxlama məntəqələri aşağıdakı ərazilərdə quraşdırılacaq:

- "Sotk" ("Kəlbəcər"), Geqarkunik rayonu (Kəlbəcər rayonu)

- "Yerasx" ("Sədərək"), Ararat rayonu (Sədərək rayonu)

- “Karaunc” (“Eyvazlı”), Sünik rayonu (Qubadlı rayonu).

Qeyd olunur ki, sərəncam rəsmi dərc edildiyi gündən sonrakı gün qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti