Bakı. Trend:
Türkiyədə Prezident seçkiləri 2023-cü il iyunun 18-də keçiriləcək.
Trend-in məlumatına görə bu barədə, bu barədə Türkiyənin ədliyyə naziri Bekir Bozdağ açıqlama verib.
“Türkiyədə Prezident seçkiləri 2023-cü il iyunun 18-də keçiriləcək. Bu seçkilər Prezident Rəcəb Tayyib Ərdoğanın namizəd olacağı ikinci seçkilər olacaq”,- deyə o əlavə edib.
Xatırladaq ki, Türkiyədə Prezident seçkiləri son olaraq 2018-ci ildə keçirilib. Rəcəb Tayyib Ərdoğan birinci turda səslərin mütləq əksəriyyətini qazanaraq seçkidə qalib gəldi.