...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Nizami fəlsəfəsi və Müasir Dünyanın Böhranları: Aktuallığın tədqiqi mövzusunda onlayn konfrans keçirəcək

Siyasət Materials 24 Avqust 2022 12:16 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Nizami fəlsəfəsi və Müasir Dünyanın Böhranları: Aktuallığın tədqiqi mövzusunda onlayn konfrans keçirəcək

Bakı. Trend:

Nizami Gəncəvi dəyərlərinin təbliği və bu istiqamətlə iş planının formalaşdırılması, yeni qlobal çağırışlara cavab vermək və səhiyyə, münaqişələr, qlobal istiləşmə mövzularındakı problemlərin həlli yollarını araşdırmaq, sülh, dialoq və tolerantlıq prinsiplərini təvşiq etmək məqsədilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi noyabr ayında dövrümüzün ən görkəmli adamlarını və nüfuzlu ekspertlərin iştirak ilə beynəlxalq konfrans keçirəcək.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyada sülh, dinc birgəyaşayış, dialoq, anlaşma, müştərək cəmiyyətlər kimi mühim prinsiplərin təbliğinə töhfə verən, beynəlxalq təşkilatdır.

Bu prinsiplər XII əsr dahi Azərbaycan şairi və arifi, Şərq intibahının ən böyük nümayəndələrindən biri olan Nizami Gəncəvinin müdafiə etdiyi prinsiplərdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dahi mütəfəkkirin ədəbi irsinin araşdırılması və onun yaradıcılığının təbliq olunması istiqamətində bir sıra layihələri vardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti