...

BQXK itkin şəxslərin identifikasiyası prosesində hakimiyyət orqanlarına dəstək göstərməyə davam edəcək

Siyasət Materials 30 Avqust 2022 10:57 (UTC +04:00)
BQXK itkin şəxslərin identifikasiyası prosesində hakimiyyət orqanlarına dəstək göstərməyə davam edəcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

BQXK itkin şəxslərin identifikasiyası prosesində hakimiyyət orqanlarına dəstək göstərməyə davam edəcək.

Bunu BQXK-ın Bakı Nümayəndəliyinin başçısı Draqana Koiç bu gün Əsir və itkin düşmüş , girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə 30 avqust Beynəlxalq İtkinlər Gününə həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, itkin düşənlərin taleyinin aydınlaşdırılması hakimiyyət orqanlarının məsuliyyət dairəsinə aid olmaqla, ilk növbədə və ən vacibi humanitar fəaliyyətdir və həmişə belə olmalıdır:

"BQXK isə öz növbəsində neytrallıq və qərəzsizlik prinsiplərinə sadiq qalaraq itkin düşmüş şəxslərin identifikasiyası prosesində aidiyyəti hakimiyyət orqanlarına dəstək göstərməyə davam etmək öhdəliyini bir daha ifadə edir", - D.Koiç bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti