...

İran Rusiyanı pilotsuz təyyarələrlə təmin edib - Ağ Ev

Siyasət Materials 31 Avqust 2022 04:44 (UTC +04:00)

Bakı. Trend:

ABŞ administrasiyası İranın Rusiyaya pilotsuz uçuş aparatları tədarük etdiyini iddia edir.

Trend bu barədə "TASS"a istinadən xəbər verir.

"Rusiya avqust ayında İrandan Mohajer-6 və Shahed seriyalı pilotsuz uçuş aparatlarını (PUA) alıb. Rusiya nəqliyyat təyyarələri İran aerodromunda PUA avadanlığı ilə yüklənib, daha sonra İrandan uçublar. Biz bunu görürük”, - çərşənbə axşamı Ağ Evin mətbuat katibi Karin Jan-Pier bildirib.

O, Pensilvaniyaya səfər edən ABŞ prezidenti Co Baydeni müşayiət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti