...

Beynəlxalq səyyahların Ağdama səfəri başa çatıb (FOTO)

Siyasət Materials 8 Sentyabr 2022 18:58 (UTC +04:00)
Beynəlxalq səyyahların Ağdama səfəri başa çatıb (FOTO)

Bakı. Trend:

Beynəlxalq səyyahların Ağdama səfəri başa çatıb.

Trend xəbər verir ki, onlar son olaraq Ağdam Cümə Məscidini və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Nümayəndə heyəti sabah Füzuli və Xocavənd rayonlarına səfər edəcək.

Qeyd edək ki, bu gün dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyyahın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Onlar 3 gün ərzində Şuşa-Ağdam, Xocavənd-Füzuli, Zəngilan-Cəbrayıl marşrutları üzrə hərəkət edəcəklər. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması baxımından müstəsna əhəmiyyət daşıyır.

Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Şarl Veleydir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti