...

Əcnəbi səyahətçilər Cəbrayılda minatəmizləmə prosesini izləyib (FOTO/VİDEO)

Siyasət Materials 9 Sentyabr 2022 14:31 (UTC +04:00)
Əcnəbi səyahətçilər Cəbrayılda minatəmizləmə prosesini izləyib (FOTO/VİDEO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Cəbrayıl. Trend:

Xarici səyahətçilər Cəbrayılda minaların təmizlənməsi prosesini izləyiblər.

Trend-in müxbirinin verdiyi məlumata görə, onlar Cəbrayıl rayonunun Mehdili kəndində aparılan minatəmizləmə işləri ilə tanış olub, həmçinin aşkar olunmuş minaların zərərsizləşdirilməsi prosesini müşahidə ediblər.

Bildirilib ki, bir kvadrat kilometrə üçdən çox mina düşür və gün ərzində təxminən 4-5 mina zərərsizləşdirilir.

Qeyd edək ki, 20-dən çox ölkədən gəlmiş məşhur səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri təşkil olunub.

Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People-Ən çox Səyahət Edən İnsanlar) klubunun təsisçisi Çarlz Veleydir.

Sentyabrın 10-dək davam edəcək səfər işğaldan azad edilmiş ərazilərin “qara turizm” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti