...

Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirlərini ayın sonuna qədər yenidən görüşməyə çağırıb

Siyasət Materials 20 Sentyabr 2022 05:54 (UTC +04:00)

Bakı. Trend:

ABŞ dövlət katibi Entoni Blinken sentyabrın 19-da Nyu-Yorkda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar zamanı Bakı ilə İrəvan arasında nizamlanma məsələsində gələcək addımları müzakirə edib, tərəfləri ayın sonuna qədər yenidən görüşməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti bildirib.

"Dövlət katibi [eskalasiya zamanı] insanların itkisinə görə başsağlığı verib və sülh prosesinə qayıtmağın vacibliyinə işarə edərək, bundan sonraki döyüş fəaliyyətlərinin qarşısının alınmasının vacibliyini vurğulayıb. Onlar növbəti addımları müzakirə ediblər, dövlət katibi tərəfləri ayın sonuna qədər yenidən görüşməyə çağırıb", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti