...

Gəncəyə açılmış atəşlər nəticəsində 6 ailə tamamilə məhv edilib - İlqar Səfərov

Siyasət Materials 11 Oktyabr 2022 11:23 (UTC +04:00)
Gəncəyə açılmış atəşlər nəticəsində 6 ailə  tamamilə məhv edilib - İlqar Səfərov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərdə Gəncəyə açılmış atəşlər nəticəsində, 10 nəfəri kişi, 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla 26 nəfər (25 nəfəri Azərbaycan Respublikasının, 1 nəfər isə Rusiya Federasiyasının vətəndaşı) mülki əhali qəsdən öldürülüb.

Trend-in məlumatına görə, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun 2-ci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib.

O bildirib ki, öldürülənlərdən 5 nəfəri 60 yaşdan yuxarı, 1 nəfəri 0-5 yaş arası, 5 nəfəri 5-18 yaş arası olub:

"Xəsarət alanlardan 86 nəfəri kişi, 57 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla cəmi 175 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Xəsarət almış şəxslərdən 24 nəfəri 60 yaşdan yuxarı, 21 nəfəri 5-18 yaş arası, 11 nəfəri 0-5 yaş arasında olub”, -deyə o əlavə edib.

İ.Səfərov qeyd edib ki, 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərdə hər tarixdə 3 ailə olmaqla, 6 ailə tamamilə məhv edilmiş, qəsdən öldürülüb.

“Azərbaycan Respublikasının 2-ci böyük şəhəri olan Gəncənin müdafiə olunmayan əraziləri, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonaları, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən hədəfə alınıb. Hədəfə alınmaqla, döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə qarşı böyük dağıdıcı qüvvəyə malik operativ-taktiki təyinatlı ballistik 9K72 (“SS-1 C”və ya “Scud B”) Elbrus və 9M528, bəzi hallarda 9M55 raketlərlə təchiz olmuş Katyuşa nəslindən olan 9K58 “Smerç” (BM-30) reaktiv yaylım atəşi sistemindən istifadə edilməklə xüsusilə gecə saatlarında əhalinin yatdığı vaxt xaincəsinə hücümlar təşkil olunub",- deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti