...

Gəncənin Ermənistan tərəfindən bombalanmasına niyə beynəlxalq təşkilatlar hələ də hüquqi qiymət vermir? - Fransa mediası

Siyasət Materials 13 Oktyabr 2022 11:47 (UTC +04:00)
Gəncənin Ermənistan tərəfindən bombalanmasına niyə beynəlxalq təşkilatlar hələ də hüquqi qiymət vermir? - Fransa mediası

Bakı. Trend:

Fransanın “La Gazette”xəbər portalında Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən Gəncənin mülki əhalisinə qarşı sistemli terror hücumlarının törədilməsindən iki il ötməsi və Beynəlxalq təşkilatların bu cinayətlərə hüquqi qiymət verməməsi barədə məqalə dərc olunub.

Trend-in məlumatına görə, məqalədə bilidirilib ki, 2020-ci ilin oktyabr ayında Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalanıb.“Mülki əhaliyə qarşı təşkil edilən hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ciddi ziyan dəyib.

Xatırladılıb ki, Ermənistan Gəncə şəhəri ilə yanaşı, Azərbaycanın digər şəhərləri olan Bərdə, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi və Xızıya da ballistik raketlər və digər ağır artilleriya qurğuları ilə hücum etmişdi. “Bu hücumlar nəticəsində isə 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, 35 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 181 uşaq valideynlərindən birini, 5 uşaq hər iki valideynini itirib, bir ailə isə tamamilə məhv edilib.

Həmçinin qeyd olunub ki, Azərbaycan tərəfinin Ermənistanın Gəncə və digər şəhərlərdə törətdiyi terror hücumları barədə beynəlxalq təşkilatlara faktlarla müraciət etməsinə də, həmin qurumlar susmağa üstünlük verir, İrəvana heç bir təzyiq göstərmir.

“Ermənilərin azərbaycanlı mülki əhalini vəhşicəsinə öldürməsinə dair minlərlə fakt mövcuddur. Azərbaycanın faktlarla, foto və videolarla sübut olunmuş Xocalı, Başlıbel, Qaradağlı kimi soyqırımları var. Beynəlxalq təşkilatların bu soyqırımlarla bağlı faktlara, Gəncə terroru zamanı çəkilən görüntülərə, dinc insanların ölümünə laqeydliyi sadəcə qərəzdən başqa bir şey deyil ”, -deyə məqalədə təəssüf hissi ilə əlavə olunub.

Yekun olaraq bildirilib ki, Azərbaycanın müvafiq orqanlarının arxivlərində Gəncədə binaları dağıdan, dinc sakinlərin ölümünə səbəb olan raketlərin növündən tutmuş, terror anı, terrordan sonra yaşananlar rəsmi sənədlərlə, video və fotolarla mövcuddur.

“Beyəlxalq təşkilatların bu hadisələrə hüquqi qiymət verməsi, hərbi cinayətkarları cəzalandırması, ermənilərin törətdiyi cinayətlərlə bağlı ədalətli qərarlar qəbul etməsi yetər ki Azərbaycan xalqının bu təşkilatlara inamı və hörməti daha da artsın”, -deyə məqalədə vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti