...

Xarici ekspertlər və QHT-lər Edillidəki kütləvi məzarlıqda erməni vəhşiliyinə şahidlik ediblər (FOTO)

Siyasət Materials 15 Oktyabr 2022 13:15 (UTC +04:00)
Xarici ekspertlər və QHT-lər Edillidəki kütləvi məzarlıqda erməni vəhşiliyinə şahidlik ediblər (FOTO)

Xocavənd. Trend:

Oktyabrın 15-də xarici ekspertlər və QHT-lərdən ibarət nümayəndə heyəti Xocavənd rayonunun Edilli kəndinə səfər edib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, nümayəndə heyətinin tərkibində Çexiya, Slovakiya, Polşa, Finladiya, Serbiya, Ruminya, Türkiyə Estoniyadan olan QHT-lərin əməkdaşları və öz ölkələrində parlamentdə şəxslər iştirak edirlər.

Nümayəndə heyəti Edillidə aşkar olunan kütləvi məzarlığa baş çəkiblər. Nümayəndə heyəinə aşkar olunmuş kütləvi məzarlıq barəsində ətraflı məlumat verilib.

Xatırladaq ki, məzarlıqda 12 nəfərin qalıqları aşkarlanıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqlarının bilinir. Eyni zamanda skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlanıb. Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000 nəfərədək mülki şəxs və hərbi əsirlərin taleyi barədə Ermənistan hələ də heç bir məlumat təqdim etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti