...

Qəbirlərə qarşı erməni barbarlığının qarşısını almaq üçün beynəlxalq qurumlar hərəkətə keçməlidir - Vüqar İskəndərov

Siyasət Materials 17 Oktyabr 2022 16:22 (UTC +04:00)
Qəbirlərə qarşı erməni barbarlığının qarşısını almaq üçün beynəlxalq qurumlar hərəkətə keçməlidir - Vüqar İskəndərov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu günlərdə sosial şəbəkələrdə yayılan videogörüntülər, erməni vandalizminin növbəti nümunəsi bir daha onu deməyə əsas verir ki, qəbirlərə qarşı erməni barbarlığının qarşısını almaq üçün artıq beynəlxalq qurumlar hərəkətə keçməlidir. Çünki, görünür, müxtəlif platformalarda səsləndirilən fikirlər bu vəhşiliyin sonlanmasına kifayət etmir.

Bunu bu gün Trend-in sualına cavabında deputat Vüqar İskəndərov deyib.

Deputatın sözlərinə görə, ermənilər hələ də anlaya bilmirlər ki, bu kimi işlərlə tarixi faktları təhrif etmək olmaz.

“Azərbaycan qəbiristanlığını dağıtmaqla, bizə aid olan maddi-mənəvi dəyərləri məhv etməklə o torpaqların əsl sahiblərini unutdurmaq mümkün deyil. Qarabağ bizə aiddir və biz 44 günlük Vətən müharibəsində canımız-qanımız bahasına bunu sübut etdik. Amma Ermənistanda bəzi vandal düşüncəli insanlar elə bilir ki, bu cür barbarlığa yol verməklə nəyəsə nail olacaqlar.

Sadəcə olaraq, bir təəssüfləndirici məqam var ki, biz dəfələrlə belə faktları beynəlxalq qurumlara göstərsək də, sübüt etsək də, əməli addımlar atılmır. Əslində, onların dağıntılara məruz qoyuduğu, təhqir etdiyi azərbaycanlı qəbiristanlığı bizim tarixi mədəni abidəmizdir. Əlbəttə, bu addımlardan nəticə çıxararaq YUNESKO kimi qurumlar hərəkətə keçməli və bizim digər tarixi abidələrimizlə bağlı da araşdırma aparmaqla vandalizmin qarşısını almalıdırlar.

Amma YUNESKO kimi mötəbər təşkilatın bu məsələlərə biganə münasibəti onlara imkan verir ki, Azərbaycan xalqının yüz illiklər boyu yaratdığı mədəni-tarixi irsi dağıtsınlar”, - deyə deputat bildirib.

O qeyd edib ki, YUNESKO 1954-cü ilin Haaqa Konvensiyasının şərtlərinin kobudcasına pozulmasına göz yumduqca, dağılan abidələrin, məzarlıqların, məscidlərin sayı artır.

“Bir müddətdən-bir bu cür hadisələrin meydana gəlməsi YUNESKO ilə birgə araşdırma missiyasının yaradılmasını labüd edir. Çünki beynəlxaq qurumların soyuq münasibəti tarixi abidələrimizin gələcək taleyini də şübhə altında qoyur. Odur ki, başda YUNESKO olmaqla digər mədəniyyət sahələrində fəaliyyət göstərən beynəlxalq təşkilatlar vaxtında bu işə bir əncam çəkməlidirlər”, - deyə V.İskəndərov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti