...

Fransa portalında Zəngilan Beynəlxalq Hava Limanının açılışı barədə məqalə dərc olunub

Siyasət Materials 21 Oktyabr 2022 09:37 (UTC +04:00)
Fransa portalında Zəngilan Beynəlxalq Hava Limanının açılışı barədə məqalə dərc olunub

Bakı. Trend:

Fransanın “La Gazette”xəbər portalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə oktyabrın 20-də keçirilən Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi barədə məqalə dərc olunub.

Trend-in məlumatına görə, məqalədə bilidirilib ki, uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edən Zəngilan Beynəlxalq Hava Limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul etmək potensialına malikdir.

Həmçinin vurğulanıb ki, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir.

“Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur”, -deyə məqalədə əlavə olunub.

Bundan əlavə xatırladılıb ki, Zəngilan hava limanına Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən latın əlifbasının üç hərfindən ibarət ZZE kodu da verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti