...

Parisin “La Gazette” onlayn qəzeti Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Azərbaycana qarşı vəsatətini rədd etməsindən yazıb

Siyasət Materials 24 Oktyabr 2022 09:39 (UTC +04:00)
Parisin “La Gazette” onlayn qəzeti Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Azərbaycana qarşı vəsatətini rədd etməsindən yazıb

Bakı. Trend:

Fransanın “La Gazette”xəbər portalında 12 oktyabr 2022-ci il tarixində Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistan tərəfindən 16 sentyabr 2022-ci il tarixində təqdim olunan yeni halların 7 dekabr 2021-ci il tarixli qərarda göstərilən tədbirləri dəyişdirmək üçün yetərli olmadığını bəyan edərək, Azərbaycana qarşı verilmiş vəsatəti rədd etməsi barədə məqalə dərc olunub.

Azəbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən bununla əlaqədar verilmiş bəyanata istinadən məqalədə bilidirilib ki, bu qərar, hər bir saxlanılan ermənilərə Məhkəmənin əvvəlki qərarına tam uyğun olaraq münasibət göstərilməsi, eləcə də saxlanılan şəxslərlə insani və ayrı-seçkilik olmadan rəftar edilməsi barədə Azərbaycanın beynəlxalq və milli öhdəliklərinə uyğundur .

Həmçinin vurğulanıb ki, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 17 sentyabr və 2 oktyabr 2022-ci il tarixlərində elan edildiyi kimi, sosial şəbəkələrdə anonim şəkildə yayılan, Azərbaycan hərbçilərinin qanunsuz hərəkətləri kimi iddia edilən video görüntülərlə bağlı hazırda ətraflı təhqiqat aparılır.

“Bunun əksinə, Ermənistan Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı bu günədək törədilmiş çoxsaylı hərbi cinayətlərə və digər qanunsuz əməllərə görə təqsirkar şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir addım atmayıb ”, -deyə məqalədə əlavə olunub.

Bundan əlavə xatırladılıb ki, həm Azərbaycan, həm də beynəlxalq müşahidəçilər, o cümlədən, Avropa Şurasının xüsusi məruzəçisi və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi dəfələrlə Ermənistanın hərbi qulluqçuları tərəfindən hərbi cinayətlərin törədilməsinə işarə edən və sosial şəbəkələrdə geniş yayılmış video görüntüləri araşdırmağa və təqsirkar şəxsləri məsuliyyətə cəlb etməyə çağırıb.

“Azərbaycan davam edən sülh prosesinə və danışıqlara, habelə beynəlxalq hüquq çərçivəsində bütün insanların hüquqlarının qorunmasına sadiq qalır”, -deyə məqalədə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti