...

Heç bir ölkənin təhdidi Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə təsir edə bilməz - Sahil Kərimli

Siyasət Materials 1 Noyabr 2022 16:47 (UTC +04:00)
Heç bir ölkənin təhdidi Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə təsir edə bilməz - Sahil Kərimli

Bakı. Trend:

İranın molla rejimi daim İslam adına ləkə olub. İslam düşməni qaniçən Ermənistana qucaq açmaq isə açıq-açığına müqəddəs dəyərlərin ayaqlar altına atılmasıdır.

Bunu Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli bidlirib.

O, əlavə edib ki, İran həmişə Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdüb.

“İran ermənipərəst siyasəti ilə uzun illər Azərbaycan ərazilərinin işğalına göz yumub, tarixi torpaqlarımızın talan edilməsində iştirak edib, kəndlərimiz, şəhərlərimiz viran qoyulub. Rəsmi Tehran bu gün də bu yaramaz siyasətindən əl çəkmir, işğalçı Ermənistana daha böyük dəstək nümayiş etdirir. Adını İslam Respublikası qoymuş İranın bundan əvvəlki rəhbərliyi də Ermənistanın terrorçu hərbi-siaysi rəhbərliyini, Xocalı qatillərini canfəaşanlıqla qəbul edir, dostluq və qardaşlıqdan dəm vururdular. Bu gün də eyni mənfur siyasət davam edir”, - deyə S.Kərimli qeyd edib.

S.Kərimli əlavə edib ki, Ermənistan baş naziri Nikol Paşinyanın İrana bu günkü səfəri, onun xüsusi təm-təraqla qarşılanması bölgədə sülhə və təhlükəsizliyə nümayişkəranə təhdiddir.

“Ermənistan baş naziri əvvəlcə Avropadan, daha sonra isə Rusiyadan dəstək almağa çalışırdı. İndi isə artıq üçüncü dəfə İrana səfər etməklə bu ölkədən yardım umur və öz xislətinə uyğun olaraq dividentlər əldə etməyə çalşır. Təəssüf ki, rəsmi Tehran məmnuniyyətlə Ermənistana dəstək mövqe sərgiləyir. Bu gün Azərbaycan cəmiyyəti, xüsusilə də dindar vətəndaşlarımız İranın əsl riyakar simasını yaxşı görür. Artıq heç kimə sir deyil ki, İran rəhbərliyi nəinki İslamın, müsəlmanların yanında deyil, əksinə, məscidlərimizi təhqir edən, müqəddəs yerləri dağıdan vandal Ermənistanın bir nömrəli himayədarıdır”- deyə S.Kərimli qeyd edib.

S.Kərimli bildirib ki, hansı ölkənin Ermənistana dəstək verməyindən asılı olmayaraq Azərbaycan öz istədiyinə, qarşısına qoyduğu məqsədlərə nail olacaq.

“Heç bir güc, heç bir təhdid Azərbaycanın güclü və qətiyyətli Prezidentinin iradəsi qarşısında dayana bilməyib və əminliklə demək olar ki, bundan sonra da belə olacaq. Prezident İlham Əliyev apardığı bütün danışıqlarda Azərbaycanın dövlət və milli maraqlarını qətiyyətlə qoruyub və hər dəfə öz istədiyinə nail olub. Dünən Soçidə keçirilən üçtərəfli görüşdə Azərbaycan Prezidentinin nümayiş etdirdiyi xüsusi prinsipiallıq, Qarabağ münaqişəsinin iki il əvvəl həll edildiyini, bu məsələnin müzakirə mövzusu olmadığını bəyan etməsi deyilənlərə bariz nümunədir. Odur ki, Ermənistanın xarici himayədarlardan, istər qərbdən, istərsə də İrandan kömək ummaq cəhdləri bundan sonra da fiaskoya uğrayacaq”- deyə S.Kərimli qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti