Bakı. Trend:
Səmərqənddə Türk Dövlət Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının IX toplantısı öz işinə başlayıb.
Trend-in məlumatına görə, bu barədə bu gün TDT-nin "Twitter" səhifəsində bildirilib.
Qeyd edilib ki, iclasda noyabrın 11-də keçiriləcək TDT Dövlət Başçılarının Zirvə Toplantısının gündəliyi və imzalanacaq sənədlərlə bağlı yekun işlər müzakirə olunur.
Xatırladaq ki, sabah Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin ev sahibliyi ilə Səmərqənddə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Zirvə Toplantısı keçiriləcək.