...

Dünya ictimaiyyəti Qarabağdakı həqiqətləri görməlidir - Təbrizli hüquq müdafiəçisi

Siyasət Materials 28 Noyabr 2022 14:52 (UTC +04:00)
Dünya ictimaiyyəti Qarabağdakı həqiqətləri görməlidir - Təbrizli hüquq müdafiəçisi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Ağdam. Trend:

Qarabağda dağıdılmış qəbirləri, evləri, yaşayış məskənlərini görmək həqiqətən də, çox acınacaqlı haldır.

Bunu bu gün Ağdama səfəri zamanı Trend-ə açıqlamasında Fransada yaşayan hüquq müdafiəçisi, Ərk İnsan Haqları Müdafiə Komitəsinin sədri, əslən Cənubi azərbaycanlı Jalə Çələbiani Təbrizli deyib.

"Ümid edirəm ki, çox qısa zaman içində bu ərazilər bərpa ediləcək, insanlar doğma yurdlarına qayıdacaqlar. Həqiqətən, bu hadisələri yaşamaq, hiss eləmək çox çətindir. Dünya ictimaiyyətini bu həqiqətləri görməyə çağırıram.

Atam Qarabağ şikəstəsini dinləyəndə həmişə ağlayırdı. Uşaqlıqdan bunu görürdük, şahidi olurduq, amma tam başa düşmürdük. Bu gün, nəhayət, bu görüntüləri görəndən sonra atamın niyə ağladığını başa düşə bildim.

Gördüyümüz dağıntılar adamın ürəyini yandırır. Amma yenə də ümid edirəm ki, azad olunan Qarabağ bərpa ediləcək. Artıq keçən pis günləri yavaş-yavaş unutmaq, gələcək gözəl günləri düşünmək lazımdır", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti